Culfada gənclərlə ailə dəyərləri müzakirə olunub

Gənclər arasında ailənin və nikahın əhəmiyyəti, onun qorunması və möhkəmləndirilməsi ilə bağlı maarifləndirici söhbətlər davam etdirilir. Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Culfa Rayon İcra Hakimiyyəti tərəfindən birgə təşkil olunan “Sağlam ailə, sağlam gələcək” adlı seminar da qəbildəndir. Tədbirdə yetkinlik yaşına çatan məktəblilər, valideynləri, eləcə də aidiyyəti təşkilatların nümayəndələri iştirak edib.
Tədbirdə Nazirliyin şöbə müdiri İlahə Haqverdiyeva, Ədliyyə Nazirliyinin əməkdaşı Reyhan Sadiqova, İcra Hakimiyyətinin əməkdaşı Vüsal Möhbalıyev və Təhsil şöbəsinin əməkdaşı Səma Əliyeva layihənin önəmindən bəhs edib, ailə dəyərlərinin yaşadılması və gənc nəsil arasında təbliği ilə bağlı görülən işlər barədə danışıb, mövzu ilə bağlı fikirlərini diqqətə çatdırıblar. Həkim-pediatr Həmidə Həmidli tərəfindən erkən nikah və qohumlar arasında nikahın tibbi fəsadları, irsi yolla ötürülən xəstəliklər barədə ətraflı məlumat verib, nikahdan öncə aparılan tibbi müayinənin vacibliyi vurğulanıb.
Diskussiya formatında davam edən tədbirdə iştirakçıların fikirləri dinlənilib, müzakirələr aparılıb və mövzunu əhatə edən qısametrajlı film izlənilib.
 
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidməti